Qadin.NET / Qatıqlı təzə lobya yeməyi (foto resept)

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Tərkibi:

Yarım kilo təzə lobya

15 ədəd yaşıl bibər

4 ədəd iri pomidor

1 kasa qatıq

5-6 diş sarımsaq

Qızartmaq üçün 1 çay stəkanı "Zeytun Bağları" zeytun yağı

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı duz

Hazırlanması:

Təzə lobyanı təmizləyirik, uzunlamasına bölüb, doğrayırıq. Qazanda su qaynadıb içinə 1 çay qaşığı şəkər tozu atırıq (şəkər tozu lobya qaynadılarkən onun yaşıl qalmasını təmin edir).

Qatıqlı təzə lobya yeməyi (foto resept)
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Qatıqlı təzə lobya yeməyi (foto resept)

Təmizləyib yuduğumuz lobyanı yaxşıca yumşalana qədər qaynadırıq. Bibərləri təmizləyib şəkildəki kimi doğrayırıq.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Pomidorları da soyub xırda doğrayırıq, üzərinə sarımsaqları da doğrayıb əlavə edirik.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Tavaya yağə əlavə edib qızdırırıq. Bibərləri qızardıb tavadan götürürük. 

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Eyni yağda sarımsağı, doğradığımız pomidorları da qızardırıq.

Qatıqlı təzə lobya yeməyi (foto resept)
Qatıqlı təzə lobya yeməyi (foto resept)

Qaynadıb süzdüyümüz təzə lobyanı servis edəcəyimiz qaba qoyuruq.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Üzərinə qızartdığımız bibərləri düzürük.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Dərin bir kasada 2 su stəkanına qədər qatığı 1 çay qaşığı duzla qarışdırıb lobya və bibərlərin üzərinə yayırıq (qatığı bərk, yəni qatı olan yerindən istifadə edin ki, yeməyimizin üzərində sulanmasın).

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Üstünə qızartdığımız pomidorları da yayırıq.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Pomidorlar sulu qalarsa, bir az suyunu süzün, yeməyiniz çox sulanmasın.

Qatıqlı təzə lobya yeməyi (foto resept)

Nuş olsun.

(Tərcümə edilib)

7 dekabr 2013
GO BACK