Tərkibi:
4 yumaq tagliatelle makaronu
2-6 ədəd pomidor
0.5 kq ağ göbələk
2 diş sarımsaq
1 baş soğan
1 x.q "Zeytun Bağları" zeytun yağı
Cəfəri
Qırmızı istiot (bibər)
"Wellington" kərə yağı
Hazırlanması:
Göbələk və xırda doğranmış soğanı tavada qızılı rəng olana qədər zeytun yağında qızardırıq.
Bu şəkildə bişəcək. Üzərinə duz, qırmızı-qara istiot əlavə edib qarışdırın.
Pomidorun qabığı soyulur.
Pomidoru, qırmızı istiotu və sarımsağı bıçaqla bu şəkildə doğrayırıq.
Doğranmış qarışığı göbələyin üzərinə əlavə edirik. Bir qədər də kərə yağı ilə yumşalana qədər bişiririk və duz vururuq.
Makaronu bişiririk.
Sousu makaronun üzərinə əlavə edirik. Üzərinə cəfəri doğrayırıq. Budur hazırdır. Nuş olsun
(Tərcümə olunub)