Tərkibi:
300-400 q toyuq filesi
2 ədəd soğan
1,5 stəkan təzə qaymaq
1 stəkan süd
Toyuq xörəkləri üçün ədviyyatlar (zövqə görə)
Duz, istiot
Hazırlanması:
Gördüyünüz kimi sadə və asan hazırlanan reseptdir.
Xörəyin quru alınmaması üçün təzə file götürün, bir az iri formada doğrayın.
Soğanı da adi qaydada doğramaq lazımdır.
Toyuğu və soğanı tavaya əlavə edirik.
Xörəyin duzunu, istiotunu, digər ədviyyatlarını tökürük.
Üzərinə südü, qaymağı da əlavə edib az atəşdə ət yumşalana qədər bişməyə qoyuruq.
Hazırdır.
Nuş olsun!
Qaymaqlı toyuq filesi xörəyini püre ilə yeyə bilərsiniz.
(Tərcümə edilib)