Qadin.NET / Kələmli qiyməli zapekanka (foto resept)

Kələmli qiyməli zapekanka (foto resept)

Tərkibi:

500 qr çəkilmiş ət

1 ədəd orta kələm

250-300 qr holland pendiri

2 ədəd soğan

2 ədəd bibər

3 ədəd kök

2 ədəd "Bizim Tarla" soyulmuş pomidoru

2 yumurta

3 x.q smetan və ya "Bizim Süfrə" klassik mayonezi

Zövqə görə yağ,cəfəri,şüyüd,

Azərduz yodlu narın xörək duzu, istiot


Soğanı doğrayıb 1 az qızardırıq. Soğanın üzərinə qızardıqdan sonra ət əlavə olunur və qiymə halına salınır.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Sonra ayrıca sürtkəcdən keçirilmiş kök,doğranmış bibəri və kələmi 1 az yağda öldürürük.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Kələmli qiyməli zapekanka (foto resept)

 

Bütün bunlar hazır olduqdan sonra duxovkaya qoyacağımız qaba oncə yağ sonra öldürdüyümüz məhsulları üst-üstə və ilk kələmin yarısını əlavə edirik.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Hər layın arasına duz və istiot səpirik və doğranmış pomidor əlavə edirik.


Kələmli qiyməli zapekanka (foto resept)

 

1 qabda 2 yumurta və mayonezi,duzu,istiotu çalıb,


Kələmli qiyməli zapekanka (foto resept)

 

Yarısını pomidorun üzərinə əlavə edirik.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Sonra qiyməni əlavə edirik.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Kökü,bibəri və göyərtini əlavə edirik. 


Kələmli qiyməli zapekanka (foto resept)

 

Yenidən ölmüş kələmin yarısını və yumurtalı qarışımı əlavə edirik.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Ən sonda isə üzərinə sürtkəcdən keçirilmiş holland pendiri əlavə olunur.


Kələmli qiyməli zapekanka (foto resept)

 

180 dərəcədə 45 dəq öncə alt, yarıda isə hər 2 spiral yandırılaraq bisirilir.


Kələmli qiyməli zapekanka (foto resept)

 

Kələmli qiyməli zapekanka (foto resept)

 

Nuş olsun!


4 yanvar 2011
GO BACK