Qadin.NET / "Ləzzətli yuvalar" (foto resept)

"Ləzzətli yuvalar" (foto resept)

 

Tərkibi

Qiymə  - 600 qr 

Yumurta - 1 ədəd

Göbələk  - 4 ədəd 

Baş soğan - 1 ədəd

Quru çörək - 2-3 ədəd

Süd - 100 ml 

Duz , istiot 

"Wellington" kərə yağı - 1 x.q 

Cəfəri - 0,5 dəstə

Holland pendiri  - 75 q 

Xama - 1 st  

İlk əvvəl quru çörəyi süddə və ya suda isladırıq. Daha sonra ət çəkilir və çəkilmiş ətə xırda doğranmış cəfəri, isladılmış çörək , yumurta, duz və istiot vurub qarışdırılır və küftə şəklində yumrulanır. Sonra göbələklər yuyulur, 4 künc doğranır və xırda doğranılmış soğanla yağda qovrulur. 

"Ləzzətli yuvalar" (foto resept) 
"Ləzzətli yuvalar" (foto resept)

Ətlərin içində stəkanın altı ilə yuva açılır, şəkildə göründüyü kimi və hazırlanmış göbələkli içliyi yuvanın içərisinə qoyuruq.

"Ləzzətli yuvalar" (foto resept)
"Ləzzətli yuvalar" (foto resept)

180 dərəcə isidilmiş sobada 30 dəq bişməyə qoyuruq .

"Ləzzətli yuvalar" (foto resept)

Sobadan yuvaları çıxarıb, üzərinə sürtkəcdən keçirilmiş holland pendirini tökürük və pendirlər əriyənə qədər sobada saxlayırıq.

"Ləzzətli yuvalar" (foto resept)

Və  yuvalarımız hazırdır, süfrəyə verəndə yanında qarnir kimi süzülmüş düyü və ya kartof püresi də vermək olar.

"Ləzzətli yuvalar" (foto resept)

Nuş olsun.

5 oktyabr 2013
GO BACK