Tərkibi:
500 qr qızıl balıq
100-200 qr göbələk
50 qr holland pendiri
1 ədəd soğan
1 st düyü
1 x/q "Wellington" kərə yağı
Keşniş
Şüyüd
Kəvər
Bitki yağı
Göyərti
Duz
İstiot
Hazırlanması:
Göbələk təmizlənib doğranır.
Soğan təmizlənib, ikiyə bölünüb, nazik doğranır.
Tavaya kərə yağı və bitki yağı əlavə edilir.
Göbələk və soğan əlavə edilib qızardılır.
Düyü bişirilib süzülür və göbələk-soğan qızardılmışı, xırda doğranmış göyərti, duz, istiot əlavə edilib ehmalca qarışdırılır.
Listə yağlı kağız sərilir. Kəvər yarpağı halqa şəklinə salınır. Duz-istiot vurulmuş balığı həmin halqanın ortasına yerləşdiririk. Əgər kəvər olmasa, folqadan da istifadə edərək balığı dairə şəklinə gətirmək mümkündür.
Hazır içlikdən halqanın ortasına qoyulur.