Qadin.NET / Göbələk souslu kartoflu çubuqlar (foto resept)

Göbələk souslu kartoflu çubuqlar (foto resept)

 

Tərkibi:
400-500 qr kartof
300-400 qr göbələk
100 qr xama 
2-3 ədəd soğan
1 ədəd yumurta
60-70 qr un
4-5 x.q suxarı
Duz, istiot
Keşniş, şüyüd
Qızartmaq üçün "Wellington" kərə yağı
Hazırlanması:
Əvvəlcə qarniri hazırlayırıq. İstəyə uyğun göbələk doğranılıb xırda doğranmış soğanla qızardılır.
Hazır olduqda duz, istiot, xama əlavə edib zəif od üzərində 7-8 dəqiqə qarışdırıb odun üzərindən götürülür.
 Soğan xırda doğranılıb yağda qızardılır.
Kartof qaynadılıb püre halına gətirilir.
Üzərinə yumurta və qızardılmış soğan əlavə edilib yaxşı qarışdırılır.
Duz, istiot azca un qatılıb qarışdırılır.
Hazır püredən nazik çubuq şəklində hazırlayıb, suxari və un qarışığında yuvarlayıb yağda qızardılır.

Kağız salfet üzərinə düzülür.
Hazır kartof çubuqlarının üzərinə qarnir əlavə edib, xırda doğranmış göyərti səpib süfrəyə verə bilərsiniz.
Nuş olsun! 
( Tərcümə edilib )
23 sentyabr 2013
GO BACK