Tərkibi:
2 ədəd badımcan
1 kq doğranmış yağsız ət
2 ədəd soğan
"Bizim Tarla" soyulmuş, doğranmış pomidoru
3-4 diş sarımsaq
1 ədəd bibər
1 xörək qaşığı "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
Duz, istiot
Hazırlanması:
Badımcanları zolaq-zolaq soyub, kvadrat şəklində doğrayın. Duzlayın və acı suyunun çıxmasını gözləyin. Acı suyu çıxandan sonra suyunu süzün.
Ətləri tavada suyu çəkilənə qədər bişirin.
Suyunu çəkəndən sonra ətlər bişməmiş qalsa, azca su əlavə edin və bişməsini gözləyin.
Bu arada pomidor, soğan və bibərləri doğrayın.
Ət suyunu çəkdikdən sonra soğanı əlavə edin, soğanları yaxşı bişirin.
Soğanlar bişənə yaxın pomidorları, bibərləri və sarımsağı əlavə edin.
Pomidorlar və bibərlər bişənə yaxın badımcanı əlavə edin. Sonda tomatı da əlavə edin və istiot, duz vurun.
Hazır yeməyi oda davamlı bir qaba qoyub, 175 dərəcədə sobada yarım saat bişirin.
Sobadan çıxdıqdan sonra xörəyimiz hazırdır.
Nuş olsun!