Tərkibi:
500 qr. çəkilmiş ət
1 yemək qaşığı "Bizim Tarla" tomat pastası
İstiot
Duz
3 ədəd orta ölçülü pomidor (dilimlənmiş)
2 ədəd kartof
5-6 ədəd acı bibər
1 ədəd soğan
10-15 diş sarımsaq
Duru yağı yarım stəkan qədər
1 st.su
Hazırlanması:
Çəkilmiş ətin içinə "Bizim Tarla" tomat pastası, soğan, duz, istiot vurulur və yoğrulur.
Sonra çəkilmiş ət siniyə yayılır.
Sonra kartof halqa şəklində kəsilir, pomidor dilimlənir və nəhayət sarımsaqla birlikdə hər üçü ətin üzərinə düzülür. Üzərinə duru yağ və su da əlavə edib 200 dərəcə qızdırılmış sobaya qoyuruq. Kartoflar qızarmağa başlayanda acı bibərlər (bibərlərin yanmamağı üçün əvvəl qoymururq) də siniyə qoyulur və təkrar sobaya verilir.
Sinidə qızartmamız artıq hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)