Qadin.NET / İçi doldurulmuş pomidor (foto resept)

İçi doldurulmuş pomidor (foto resept)

Tərkibi:

6-7 orta ədəd boy pomidor

300 q çəkilmiş ət

300 q göbələk

150 q soğan

100 q pendir

Duz, istiot

"Möcüzə" duru yağı

Hazırlanması:

Soğanı incə-incə doğrayırıq.

Göbələyi də incə-incə doğrayırıq.

Soğanı yağda qovururuq.

Göbələyi də əlavə edirik.

Daha sonra isə  ət, duz və istiot əlavə edib 15-20 dəqiqə qızardırırq.

Pendiri sürtgəcdən keçiririk.

Pomidorun üstünü kəsirik.

Daha sonra bir çay qaşığının köməyiylə içini çıxarırırq.

Pomidoru içlik ilə doldururuq.

Doldurduqdan sonra pendiri üzərinə əlavə edirik.

Son olaraq da yaşıl noxud və yaxud zövqə görə göyərti ilə bəzəyirik.

Nuş olsun!

(Tərcümə edilib)

25 iyul 2013
GO BACK