Qadin.NET / Turşu qovurma

Turşu qovurma

Turşu qovurma


Tərkibi:
3x3 sm həcmində doğranmış qoyun əti
Baş soğan
Şabalıd
Albuxara
Limon turşusu
Sarıkök
Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:
Əti yuyub bişirin. Şabalıdı çərtib (Şirin plovda şekil var) 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın.
Baş soğanı həlqəli doğrayıb yağda ölənədək (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır.
Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.

Turşu qovurma


Fincana 0,5 ç.q. limon turşusu, bir az duz və 0,5 ç.q. sarıkök töküb 0,5 stəkan qaynar su əlavə edib qarışdırın. Əriyəndən sonra ətin üstünə töküb qarışdırın. 0,5-1 saat ərzində balaca odda xörək bişməlidir. Yaddan çıxmasın vaxtaşırı astaca qarışdırın.

Turşu qovurma
Nuş olsun!
31 mart 2009
GO BACK