Qadin.NET / Süzmə xingal

Süzmə xingal

Süzmə xingal


Tərkibi:
Qoyun əti - 165q

Buğda unu - 100q

Yumurta 1/5 ədəd

Baş soğan - 30q

Ərinmiş yağ - 20q
Pendir - 15q

Qatıq - 50q

Sarımsaq - 3q
Zəfəran - 0,1q

Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:
Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.

 

Nuş olsun!

 

31 mart 2009
GO BACK