Qadin.NET / Göbələkli, toyuqlu zapekanka (foto resept)

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Tərkibi:

3-4 ədəd orta boy kartof

2 ədəd iri soğan

400 qr. döş əti

400 qr. göbələk

1 x.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası 

6-7 qaşıq "Zeytun Bağları" zeytun yağı

Duz, istiot

Beşamel sous üçün:

2 st. süd

1,5 x.q. un

1 x.q. "Wellington" kərə yağı

Azca duz, istiot

Üzəri üçün:

Holland pendiri

Hazırlanması:

Soğanları xırda doğrayırıq. Bitki yağında rəngi dəyişənə qədər qovururuq.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

 Döş ətini də xırda doğrayıb soğanlarla birgə qovururuq.

Göbələkli, toyuqlu zapekanka (foto resept)


Göbələkli, toyuqlu zapekanka (foto resept)

Göbələyi incə doğrayırıq, tomatla birgə tavaya əlavə edirik.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Duz-istiot vurub, göbələklər suyunu salıb bişənə qədər qovururuq.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Kartofları halqa şəklində icə  doğrayırıq. Soba listini yağlayıb ora bir lay kartof düzürük.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Üzərinə göbələkli, toyuqlu qarışığın hamısını yayırıq. 

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Üzərinə bir armudu stəkan su gəzdiririk. Sonra üzərinə yenidən kartof düzürük.

Göbələkli, toyuqlu zapekanka (foto resept)


Göbələkli, toyuqlu zapekanka (foto resept)

Listin üzərini folqa kağızla bağlayıb 200 dərəcəlik sobada yarım saat bişiririk.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Bu arada beşamel sousu hazırlayırıq. Bunun üçün yağı əridirik, unu əlavə edib 2 dəqiqə qovururuq. Daha sonra südü və duz-istiot əlavə edib qatılaşana qədər bişiririk.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Yarım saat bitdikdə folqa kağızını açırıq, beşamel sousu yeməyin üzərini örtəcək şəkildə yayırıq. 15 dəqiqəlik yenidən sobaya qoyuruq.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

15 dəqiqə sonra çıxarıb üzərinə rəndələnmiş pendir səpirik. Yenidən sobaya qoyub, pendir azca qızarana qədər saxlayırıq. Və yeməyimiz hazırdır.

Göbələkli, toyuqlu zapekanka (foto resept)

Nuş olsun!

23 iyul 2013
GO BACK