Tərkibi:
1 ədəd toyuq
1 ədəd bolqar bibəri
200 qr göbələk
200 qr holland pendiri
200 qr vetçina
2 ədəd soğan
2 ədəd yumurta
0.5 dəstə şüyüd
3 x.q suxari
Bitki yağı
Duz, istiot
Ədviyyat zövqə görə
İstəyə görə içlik dəyişdirilə bilər.
Hazırlanması:
Toyuğun budu və qanadları qalmaq şərtilə, qabırğası və sinəsi ehtiyatla dəridən ayrılır.
Toyuqdan çıxarılmış ət sümükdən ayrılaraq doğranılır.
Doğranmış ət maşından keçirilir.
Yerdə qalan ərzaqlar kub şəklində doğranılır.
Göbələk doğranılıb yağda qızardılır, sarımsaq əzilir, şüyüd xırda doğranılır.
Bütün ərzaqlar dərin qaba əlavə edilib yumurta duz, istiot, suxarı əlavə edilib qarışdırılır.
Hazır qarışıq toyuqun dərisinə ehmalca doldurulub tikilir.
Toyuğun üzərinə duz, istiot, istənilən ədviyyat vurulub soba sellofanına qoyub 180 dərəcədə 45-50 dəqiqə ərzində hazır olana qədər bişiririk.
Sümüksüz toyuq doldurması hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)