Qadin.NET / Ətli keks (foto resept)

Ətli keks (foto resept)

Tərkibi:

1 kq hinduşka əti

3 ədəd yumurta

1 ədəd soğan

1 ədəd kök

150 qr çörək

1 st süd

1 dəstə şüyüd

4 x/q mayonez

Duz, istiot

İçlik:

3 ədəd yumurta

100 qr holland pendiri

0,5 dəstə şüyüd

2 x/q mayonez

Hazırlanması:

Holland pendiri sürtgəcdən keçirilir.

Üzərinə xırda doğranmış şüyüd, mayonez əlavə edilir.

Yumurta kub şəklində doğrayıb, əlavə edərək qarışdırılır.

Hinduşka əti maşından iki dəfə keçirilir, üzərinə xırda doğranmış şüyüd, sürtgəcin xırda gözündən keçirilmiş kök, soğan əlavə edilib qarışdırılır.

Üzərinə süddə isladılmış çörək, yumurta, duz, istiot əlavə edilib qarışdırılır.

Hazır farşın yarı hissəsi keks qabına əlavə edib, yayılır.

Üzərinə hazır içlik yayılır.

Farşın qalan hissəsi yayılaraq üzərinə mayonez çəkilir, 180-200 dərəcədə 50-60 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.

 

 

 

Hazır keksi soyuq halda doğrayıb süfrəyə veririk.

 

Nuş olsun! 
(tərcümə edilib)
1 yanvar 2014
GO BACK