Tərkibi:
500 qr. badımcan
1 dilim çörəyin içi
40 qr. pendir
1 diş sarımsaq
Reyhan
1 çili istiotu (qırmızı, yandıran)
"Zeytun Bağları" zeytun yağı
Hazırlanması:
Badımcanları yuyub, soyub, kubik şəklində doğrayırıq
Sonra "Zeytun Bağları" zeytun yağında qızardırıq
Qızardılmış badımcanları salfetin üzərinə səririk
Daha sonra çəngəllə əzirik
Üzərinə sürtgəcdən keçirilmiş pendir, əzilmiş sarımsaq, doğranmış reyhan, xırdalanmış çili istiotunu əlavə edib qarışdırırıq.
Kotlet halına salıb qızardırıq.
Nuş olsun!