Qadin.NET / Sellofanda tərəvəzli ət (foto resept)

Sellofanda tərəvəzli ət (foto resept)

Tərkibi:

1 kq qoyun əti

4-5 ədəd rəngli bibər

4-5 orta boy kartof

5-6 diş sarımsaq

"Bizim Tarla" soyulmuş doğranmış pomidoru

1 x.q. kəklikotu

Duz, istiot

Hazırlanması: 

Doğranmış ətə duz, istiot, kəklikotu və bütöv diş sarımsaqları vurub, yaxşıca qarışdırırıq. 1-2 saat soyuducuda saxlayırıq. 

Sellofanda tərəvəzli ət (foto resept)

 

Daha sonra bibərləri uzun-uzun doğrayırıq, kartofu alma dilimi kimi dilimləyirik, pomidorları da ətin üzərinə əlavə edirik və qarışdırırıq. 

Sellofanda tərəvəzli ət (foto resept)


Sellofanda tərəvəzli ət (foto resept)


Sellofanda tərəvəzli ət (foto resept)

 

Hazırladığımız ərzağı soba sellofanına yığırıq. Sellofanı diş çöpü ilə bir neçə yerdən deşirik. 180 dərəcə sobada 2 saat bişiririk. 

Sellofanda tərəvəzli ət (foto resept)

Və yeməyimiz hazırdır.

Sellofanda tərəvəzli ət (foto resept)

Nuş olun!

13 iyun 2013
GO BACK