Qadin.NET / Səbziqovurma (foto resept)

Səbziqovurma (foto resept)

Tərkibi:

100 qr. ət

2 ədəd orta boy soğan

4 ədəd alça turşusu

4 dəstə cəfəri

50 qr çəkilmiş ət

1 ç.q "Bizim Tarla" "Bizim Tarla" tomat pastası

1 st. su

Duz

Hazırlanması:

Əvvəlcə əti doğrayıb, bir çimdik duz atıb pörtlədirik.

Səbziqovurma (foto resept)

Soğan və cəfəri xırda-xırda doğranır.

Səbziqovurma (foto resept)
Səbziqovurma (foto resept)

Pörtülmüş ətin üzərinə soğan əlavə edib qovururuq.

Səbziqovurma (foto resept)

Soğanı qovurandan sonra cəfərini əlavə edirik, onu da bir az qovururuq.

Səbziqovurma (foto resept)

Sonra "Bizim Tarla" tomat pastası əlavə edirik, üzərinə 1 st. su əlavə edirik, qapağı örtürük.

Səbziqovurma (foto resept)

Qaynara düşəndən sonra çəkilmiş əti balaca kürəciklər halına gətirib atırıq onun içinə. Duz və turşunu da atırıq.

Səbziqovurma (foto resept)

Plovun yanına qoyularaq süfrəyə verilir. 

 Səbziqovurma (foto resept)

Nuş olsun!

4 iyul 2013
GO BACK