1,8-2 kq-lıq toyuq
1 ədəd yumurta
4 dilim ağ tost çörəyi (qabıqsız)
1 iri diş sarımsaq
3-4 budaq şüyüd
Duz
Qara istiot (zövqə görə)
Narın suxari
İç üçün:
1 iri baş soğan
200 q. şampinyon
150 q. bişmiş düyü
Duz
Qara istiot (zövqə görə)
İçliyin hazırlanması:
Soğanı xırda-xırda, şampinyonu lay-lay doğrayın.
Tavadakı 2 x.q. bitki yağını orta istilikdəki ocaqda qızdırın. Soğanı qarışdıra-qarışdıra 4 dəqiqə bişirin.
Göbələk əlavə edin, qarışdıraraq yumşalana qədər bişirin.
Düyünü, duz və istiotu əlavə edib qarışdırın. Ocaqdan götürün.
Toyuğun ətini sümükdən ayırın, blenderdən keçirin, yumurta, göyərti, sarımsaq və xırdalanmış çörək əlavə edin, xırdalayın. Duz, istiot vurun. Blender yoxdursa, əti ət maşınından keçirin, sonra süddə isladılmış çörək və digər inqredientlərlə qarışdırın. (Hazır toyuq qiyməsi varsa, ondan da istifadə edə bilərsiniz).
Qiymədən götürüb əlinizin içində yastılayın, ortasına iç qoyub qıraqlarını bükün.
Kotletləri suxarıya batırın.
Tavanı orta itilikdə ocağın üstünə qoyun, 3-4 x.q. bitki yağını qızdırın, kotletləri içinə düzüb hər iki üzünü təxminən 6-7 dəqiqə bişirin. Bir üzünü çevirəndən sonra tavanın qapağını örtüb elə bişirin.
Nuş olsun!