Qadin.NET / Toyuqlu qarabaşaq (foto resept)

Toyuqlu qarabaşaq (foto resept)

Lazım olanlar:

1 ədəd toyuq (döş ətini ayırırıq)

500 qr. qarabaşaq

3 baş soğan

1 dəstə keşniş

1 dəstə cəfəri

Duru yağ

Duz, istiot (zövqə görə)

 Toyuqlu qarabaşaq (foto resept)

Hazırlanması:

Toyuğu yuyub tikələrə ayırırıq. Duz, istiot vurub bir az su əlavə edib bişməyə qoyuruq, çox bişirmirik.

Toyuqlu qarabaşaq (foto resept)

Bişdikdan sonra bir az yağda qovururuq.

Toyuqlu qarabaşaq (foto resept)

Sonra soğanı xırda-xırda doğrayırıq, əlavə edib qovururuq (çox qızartmırıq).

Toyuqlu qarabaşaq (foto resept)

Soğan da qovrulduqdan sonra keşniş və cəfərini doğrayıb əlavə edirik. 
 Toyuqlu qarabaşaq (foto resept)

Qarabaşağı qaba töküb yaxşıca təmizləyirik, yumadan ayrı bir qabda qarabaşağı bir az yağla qovururuq.

Toyuqlu qarabaşaq (foto resept)

Qovrulduqdan sonra onu aşsüzənə tökürük, üzərinə isti su əlavə edərək yaxşıca yuyuruq.

Toyuqlu qarabaşaq (foto resept)

Yuduqdan sonra qarabaşağı toyuğun üzərinə əlavə edirik.

Toyuqlu qarabaşaq (foto resept)

Təxminən 2 stəkan su və duz əlavə edib bişməyə qoyuruq. 
Toyuqlu qarabaşaq (foto resept)

Budur, yeməyimiz hazırdır.

Toyuqlu qarabaşaq (foto resept)

Nuş olsun!
17 iyun 2013
GO BACK