Lazım olanlar:
1kq uzun düyü
1 ədəd toyuq
100 qr noxud
100qr qaragöz lobya
100 qr kişmiş
4 ədəd orta böyüklükdə soğan
3-4 ədəd kartof
Zəfəran
Hazırlanması:
Əvvəlcə toyuğu tikələrə ayırıb soğan, duz, istiot vuraraq basdırma edirik.
Sonra düyünü qaynadıb süzürük. Lobyanı və noxudu da bişiririk.
Sonra qazanın dibinə azca yağ tökürük, toyuqların üzərindən soğanları təmizləyərək qazanın dibinə bu formada düzürük.
Sonra üzərinə azca düyü səpirik ki, soğanları tökəndə soğanlar qazanın dibinə dəyib qaralmasın.
Sonra soğanları sıxaraq düyünün üzərinə səpirik.
Üzərindən bişmiş noxudu əlavə edirik.
Üzərinə kişmiş və azca lobya əlavə edirik.
Düyünün yarısını əlavə edirik.
Üzərinə lobya və dəmə qoyduğumuz zəfəranın suyunu əlavə edirik. (stəkanin içinə bir az zəfəran töküb üzərinə qaynar su töküb ağzını örtüb qoyuruq ki, dəm alsın)
Qalan düyünü də üzərinə töküb qoyuruq dəmə.
Budur, plovumuz hazırdır.