Tərkibi (4 nəfərlik):
800 q toyuq filesi
1 ədəd orta ölçüdə baş soğan
1 ədəd limon
2 diş sarımsaq
Bir qədər cəfəri
1 ədəd yumurta
"Azərduz" yodlu narın xörək duzu, istiot
Bir az un (qızartmaq üçün)
Hazırlanması:
Soğan,sarımsaq və cəfərini blendrdə əzirik, amma püre kimi olmasın.
Qarışığı ətə əlavə edirik. Üzərinə 2 çay qaşığı sürtgəcdən keçirilmiş limon qabığı , 1 xörək qaşığı limon suyu, yumurta, duz və istiotu qatırıq.
Hamısını yaxşı qarışdırırıq. Qarışıqdan 1 xörək qaşığı götürüb una batıraraq kotlet formasına salırıq.
Orta istilikdə hər iki üzünü qızardırıq. Hər bir üzünü qızartmaq üçün təxminən 5 dəqiqə vaxt lazım olur.
Nuş olsun!
(tərcümə edilib)