Qadin.NET / Zəngin tərkibli kartoflu kotlet (foto resept)

Zəngin tərkibli kartoflu kotlet (foto resept)

Tərkibi:

5-6 ədəd soyutma kartof

1 st.sürtkəcdən keçirilmiş holland pendiri

2 armudu st. çörək ovuntusu (suxari)

2 ədəd yumurta

1 ç.q.duz

İstiot

İçi üçün:

200 qr  yağlı qiymə

1 ədəd soğan

1 ç.q. istiot

1 x.q. "Wellington" kərə yağı

1 ç.q.duz

Cəfəri

Kotletləri bulamaq üçün:

2 ədəd yumurta

1 st. çörək suxarisi

Qızartmaq üçün:

"Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Qiyməni tavaya töküb, ocağın üstünə qoyuruq. Sonra soğanı və kərə yağını əlavə edib bişənə kimi qovururq. Bişənə yaxın duz-istiotu da vururuq. Ocaqdan götürəndən sonra cəfərini xırda doğrayıb qiyməyə əlavə edirik.



Soyutma kartofu və pendiri sürtgəcdən keçiririk (1 st.). Sonra buna 2 ədəd yumurtanı, duzu, istiotu və çörək suxarisini qatıb yaxşıca qarışdırırıq.


Hazırladığımız kartof qarışığını istədiyiniz ölçüdə yumrulayıb, arasını barmağınızla açırsız və içinə qiyməni qoyub, kotlet formasına salırsınız.


Duru yağı tavaya töküb yaxşıca qızdırırıq. Hazırladığımız kotletləri yaxşı çalınmış 2 yumurtaya batırmaq, sonra isə suxariyə batırmaq lazımdı. Və sonra qızdırılmış tavada yağda bişiririk.


İçli, kartoflu kotletimiz hazırdır.

Nuş olsun!

14 avqust 2013
GO BACK