Qadin.NET / Hind toyuqlu və ispanaqlı lazanya (foto resept)

Hind toyuqlu və ispanaqlı lazanya (foto resept)

Tərkibi:

600-700 qr hinduşka filesi
2 ədəd soğan
4 diş sarımsaq
800 qr pomidor suyu
4 xörək qaşığı tomat  və ya "Bizim Tarla" soyulmuş pomidoru 

Duz və istiot (zövqə görə)
1 xörək qaşığı doğranmış reyhan
1 xörək qaşığı doğranmış cəfəri
450 qr kəsmik
60-70 qr parmezan pendiri
1 ədəd yumurta
2 dəstə ispanaq
400 qr mozarella pendiri
Lavaş

Hazırlanması:

Hind toyuğunu maşından keçiririk. Soğanı doğrayıb əvvəlcədən qızdırılmış tavaya yağ töküb qızardırıq (qızılı rəng alana qədər, çox qovurmaq olmaz).

Qızılı rəng alanda sarımsağı da soğanın üzərinə əlavə edirik və 1-2 dəqiqə birlikdə qovururuq . Sonra hazırladığımız qiyməni soğanın üzərinə əlavə edib 10 dəqiqə qovururuq. Mütləq diqqət edilməlidir ki, ətlər yumrulanmasın. Çalışın çəngəllə əzin.
Pomidor suyunu, tomatı, duz və istiotu əlavə edirik ətin üzərinə. Yaxşıca qarışdırırıq və qaynara düşənədək bişirirk.
Təxminən  20-dəqiqəyə hazır olmalıdır, sonra odun üstündən götürün.

Oddan götürəndən sonra göyərtini əlavə edirik. Parmezan pendirini sürtgəcdən keçiririk sonra yumurtanı və kəsmiyi əlavə edib qarışdırırıq.

Mozarella pendirini böyük sürtkəcdən keçiririk.

İspanağı yuyub və saplaqlarını kəsirik (bizə yalnız yarpağları lazımdır). Sonra onu doğrayıb isti tavaya düzürük, (qurusun) sonra götürürk.

İndi isə başlayırıq lazanyanı hazırlamağa. Bunun üçün hazırladığımız ətin 3/4 hissəsini tavaya yığırıq üzərinə də lazanyaları.

 

Lazanyanın üzərindən mozarella pendirini əlavə edib, sonra kəsmiyi çəkirik.

 

İndi isə ispanaqları düzürük bunların üzərinə.
Bu minvalla iki lay hamısını eyni qaydayla düzürük və üstünü falqayla örtüb 200 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişiririk.
Buyurun Hind toyuqlu və ispanaqlı lazanyamız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
8 avqust 2013
GO BACK