Qadin.NET / Balıq kotleti (foto resept)

Balıq kotleti (foto resept)

Tərkibi:
700-800 qr treska, ya da sayda balığı
2 x. q. "Zeytun Bağları" zeytun yağı
1 ədəd böyük yumurta (xırda olarsa 2 ədəd)
6 x. q. ag cörəyin ovuntusu
4 x. q. doğranmış yaşıl soğan
3 x. q. doğranmış cəfəri
2 x. q. xardal
1 x. q. limon suyu
Duz və istiot (zövqə görə)

Hazırlanması:
Balığa yağ vurub, 200 dərəcə qızdırılmış sobaya qoyuruq. 15 dəqiqə  bişdikdən sonra balığı sobadan götürürük. Azca soyuduqdan sonra cəngəllə balığın ətini sümükdən ayırıb tökürük qaba.

Üzərinə soğanı, cəfərini, yumurtanı, xardalı, çörək ovuntusunu, limon suyunu, duz və istiotu əlavə edib qarışdırırıq.

Sonra əlimizə azca bitki yağı sürtürük ki, əlimizə yapışmasın. Və kotletləri hazırlayırıq.

 

Tavaya yag əlavə edib bərk qızrdırırıq, sonra hazırladığımız kotletlərin hər iki üzünü 2-3 dəqiqə qızardıb götürürük.

Sufrəyə ya düyü, ya kartof püresi ilə, ya da kotlet kimi tək vermək olar.

Balıq kotleti (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

17 iyul 2013
GO BACK