Tərkibi:
İri balıgın (nərə,qızıl balıq və s.) quyruq tərəfindən bütöv bir tikə
150 qram ləvəngi (qoz, soğan,turşu, duz, istiot)
Hazırlanması:
Balığın pullarını təmizləyib axıra qədər kəsməmək şərtilə bir santimetrlik dilimlərə ayırırıq.
Balığı axıra qədər dilimlədikdən sonra duz-istiot vururuq.
Daha sonra palçıq turşusu vurub aralarını ləvəngi ilə doldururuq.
Sonra balığı soba listinə qoyub 200 dərəcədə bişiririk (mən hazırladığım bütöv balığı da onun yanına qoyub bişirdim).
Yeməyimiz hazırdır.