Qadin.NET / Toyuqdan çaxoxbili (foto resept)

Toyuqdan çaxoxbili (foto resept)

Ərzaqlar:
Toyuğun bud hissəsi
3 ədəd Bizim Tarla soyulmuş, doğranmış pomidor
2 ədəd soğan
1 dəstə keşniş
1 dəstə reyhan
1 acı bibər
3-4 diş sarımsaq
1 xörək qaşığı Wellington kərə yağı
1 çay qaşığı xmeli suneli ədviyyatı
Duz

Toyuğu kiçik tikələrə bölürük və yuyuruq, sonra quru dəsmalın üzərinə yığırıq ki suyu çəkilsin. Suyu çəkildikdən sonra tavaya yığıb 
qızardırıq, çox qırmızı olmasın deyə tez-tez çevirərək qızartmaq lazımdır.


                      Pomidorların üzərindən nazik kəsirik, sonra onları salırıq qaynar suya, bu zaman qabıqları rahat çıxır.


Soğanı şəkildəki kimi doğrayırıq.

Pomidoru soyduqdan sonra kubik şəklində doğrayırıq.

Soğanı ayrı tavada qızılı rəng alana qədər qovururuq.

Pomidoru, soğanı əlavə edirik toyuğun üzərinə, odun altını söndürürük, 3 dəqiqə beləcə gözləyirik. Göyərtini, sarımsağı doğrayırıq, duz və ədviyyatı vururuq, yenidən qazanı qoyuruq odun üzərinə. 7-10 dəqiqə vam odda bişiririk. Kartof püresi ya da düyü ilə süfrəyə vermək olar.                   


Yeməyimiz hazırdır, nuş olsun. Əminliklə deyə bilərəm ki, çox dadlı olur, çünki artıq özüm hazırlamışam. Süfrəniz bərəkətli olsun hər zaman.



(Tərcümə edilib)

20 iyun 2013
GO BACK