Qadin.NET / Souslu tavakababı (foto resept)

Souslu tavakababı (foto resept)

Souslu tavakababı (foto resept)

Tərkibi: 

200 qr farş  (qoyun əti, göyərti, soğan,duz,istiot)

1 ədəd baş soğan

1 ədəd pomidor

100 qr pendir

4 ədəd yumurta

2 x.q xama

2 x.q "Bizim Tarla" "Bizim Tarla" tomat pastası

Cəfəri

Duz

Hazırlanması:

Farşdan kiçik toplar düzəldib, 200 dərəcədə üzü bişənədək sobada qızardırıq. Soğanı da qızılı rəng alana kimi qovururuq. 

Souslu tavakababı (foto resept)

Sousu hazırlamaq üçün pendiri sürtgəcdən keçirib yumurta, xama, "Bizim Tarla" tomat pastası ilə azacıq duz qatıb qarışdırırıq.

Souslu tavakababı (foto resept)

Sousumuz hazırdır.

Souslu tavakababı (foto resept)

Bişirəcəyimiz qaba topları düzüb, qovrulmuş soğanı tökərək üzərinə pomidoru doğrayırıq.

 Souslu tavakababı (foto resept)

Hazır sousu üstünə tökərək cəfərini doğrayırıq.

Souslu tavakababı (foto resept)

180 dərəcədə 35 dəqiqə bişiririk. Budur, souslu tavakababı hazırdır.

Souslu tavakababı (foto resept)

Zövqə görə doğrayıb süfrəyə veririk .

Souslu tavakababı (foto resept)

Nuş olsun!

2 may 2016
GO BACK