Tərkibi:
200 qr duzlu siyənək balığı
4 ədəd kartof
2 ədəd soğan
1 ədəd yumurta
50 ml şərab (qırmızı quru)
4-5 x.q bitki yağı
1 ç.q sirkə
1 x.q şəkər tozu
1 x.q nişasta
2-3 x.q doğranmış göyərti
1 x.q quru şüyüd
2-3 x.q quşüzümü və ya nar
"Azərduz" yodlu narın xörək duzu,istiot
Hazırlanması:
Balığın dərisi və sümükləri təmizlənib doğranır. Soğan nazik dilimlənir.
Dərin boşqaba doğranmış göyərti, şərab, sirkə, şəkər tozu, 3 x.q bitki yağı, istiot əlavə edilib qarışdırılır.
Qarışığı balıq və soğanın üzərinə əlavə edib saxlayırıq.
Kartof təmizlənib gördüyünüz kimi nazik uzunsov doğranılır.
Kartofun üzərinə duz, istiot, quru şüyüd, yumurta, nişasta əlavə edib yaxşı qarışdırırıq.
Hazırladığımız kartof qarışığını yağlanmış formaya gördüyünüz kimi yerləşdiririk.
180-200 dərəcədə 20-30 dəqiqə ərzində hazır olana qədər bişiririk və soyuduruq. Hazır zənbillərə balığı yerləşdirib zövqə görə bəzəyib süfrəyə veririk.
Nuş olsun!
(tərcümə edilib)