Qadin.NET / İçlikli kartof topları (foto resept)

İçlikli kartof topları (foto resept)

Tərkibi:

500 qr kartof

300 qr çəkilmiş ət (istənilən içlik də olar)

2 ədəd soğan

1 ədəd yumurta

"Zeytun Bağları" zeytun yağı

2 x/q un

Duz, istiot

Üzəri üçün:

Yumurta sarısı

Hazırlanması:

Kartof qaynadılıb püre hazırlanılır. Yumurta, duz, istiot, un əlavə edilib yaxşı qarışdırılır.

 

 

Çəkilmiş ət xırda doğranmış soğanla yağda qovrulur. Duz, istiot vurulur.

Əlimizə su vurub kartof püresini əldə yayırıq, içlik qoyub yumrulayırıq.

 

Listə yığaraq üzərinə yumurta sarısı çəkirik, 180-200 dərəcədə hazır olana qədər sobada bişiririk.

Kartoflu toplarımız hazırdır.

Nuş olsun!

  (tərcümə edilib)

13 iyul 2013
GO BACK