Tərkibi:
500 qr çəkilmiş toyuq əti
100 qr uzun makaron
50 qr "Wellington" kərə yağı
6 x.q qaymaq
2 x.q manna
1 ədəd yumurta
2 diş sarımsaq
1 x.q nişasta
1 ç.q sarıkök
Göyərti
Duz, istiot
Hazırlanması:
Çəkilmiş toyuq əti yağla birlikdə blenderdən keçirilir, üzərinə yumurta, duz, istiot, manna, nişasta, qaymaq, çəkilmiş sarımsaq əlavə edilib yaxşı qarışdırılır.
Hazır qarışıq 30 dəqiqə soyuducuda saxlanılır.
Makaron duzlu suda bişirilir, üzərinə zövqə görə sarıkök əlavə edilir.
Sellofon sərilir üzərinə makaron uzununa düzülür, sellofon sıx rulet kimi burub soyuducuya qoyulur.
Folqa sərilib yağlanır, üzərinə ət yayılır.
Üzərinə xırda doğranmış göyərti səpilib makoron qoyulur.
Folqa açıldıqca rulet kimi sıx burulur və sonda folqaya bükülür.
180-200 dərəcədə, 40 dəqiqə ərzində, sobada hazır olana qədər bişirilir.
Dilimlənilib süfrəyə verilir.
Nuş olsun!
(tərcümə edilib)