Qadin.NET / Sobada pendirli ət (foto-resept)

Sobada pendirli ət (foto-resept)

Tərkibi:

 4 -5 ədəd ət dilimi

2-3 ədəd soğan

2-3 ədəd turşu xiyar

1 ədəd tər xiyar

150-200 qr holland pendiri

Kartof püresi

"Bizim süfrə" klassik mayonezi

"Bizim Tarla" "Bizim Tarla" tomat pastası

Bitki yağı

"Azərduz" yodlu narın xörək duzu, istiot


Hazırlanması:

Soğan iki yerə bölünüb, nazik doğranır.

 

Hər iki xiyar nazik, uzununa doğranır.

 

 

Soğan yağda qızılı rəngdə olana qədər qızardılır.

 

 

Doğranmış xiyar soğana əlavə edilib, bir yerdə qızardılır.

 

 

 

Tomat pastası əlavə edilib qarışdırılır.

 


Nazik ət dilimlərinə duz, istiot vurulub listə düzülüb üzərinə hazırladığımız içlik qoyulur.

 

 

Üzərinə kartof püresi çəkilir.

 

 

Mayonez gəzdirilir.

 

 

Holland pendiri sürtgəcdən keçirilib səpilir.

 

 

180 dərəcədə hazır olana qədər sobaya, bişməyə qoyulur.

 

 

Yeməyimiz hazırdır.

 

Nuş olsun!

 

                                                                                                 ( tərcümə edilib )

10 mart 2013
GO BACK