Qadin.NET / Ətli-göbələkli rulet (foto resept)

Ətli-göbələkli rulet (foto resept)

Tərkibi:

600 q farş qoyun+mal əti

250-300 q göbələk

1  ədəd böyük soğan

2 kiçik brokkoli

3 ədəd yumurta

3 tikə ağ çörək

Göyərti

Yarım stəkan süd

100-150 q holland pendiri 

"Azərduz" yodlu narın xörək duzu

Hazırlanması:

Farşa 1 yumurta, süddə isladılmış çörək, duz, ədviyyatı zövqə görə  əlavə edirik, bunları yaxşıca qarışdırırıq.

 

2 ədəd yumurtaya  bir az süd, duz və göyərti töküb yaxşıca qarışdırırıq

 və omlet hazırlayırıq.

 

Göbələyi soğanla yumşalana kimi qızardırıq.

 

Brokkollini  xırda hissələrə bölürük və 5-7 dəqiqədə qaynar suda pörtürük,

sonra suyunu sıxırıq.

 

Falqanı yağlayırıq, ətin yarısını oval şəkildə yayırıq. 

Üstünə omleti qoyuruq.

 Daha sonra göbələkli soğanı əlavə edirik.
 Brokkolini də qoyuruq. 

 Artıq qalan ətlə üzərini örtürük .

 

Əvvəlcədən qızdırılmış sobaya qoyub 200-220 dərəcədə 30-40 dəqiqə bişiririk. Bişməsinə 5 dəqiqə qalmış sobadan çıxarıb üstünə sürtgəcdən keçirilmiş pendir əlavə edirik.

Ətli göbələkli ruletimiz hazırdır.

 Nuş olsun!

 

 

 

(Tərcümə edilib)

18 aprel 2013
GO BACK