Tərkibi:
200 qr dondurulmuş ispanaq (və ya təzə)
800 qr çəkilmiş ət
1 ədəd yumurta
1 x.q xardal və ya ədviyyat
50 qr parmezan pendiri
3 dilim ağ çörəyin içi
2 ədəd böyük şirin bibər
1 ədəd orta soğan
400 qr pomidor (şirəsiylə)
50 qr kərə və ya bitki yağı
"Azərduz" yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Çörəyi blenderdə xırdalayırıq və bir qaba qiymə, ispanaq, , xardal, yumurta, sürtgəcdən keçirilmiş pendir, duz və istiotu əlavə edib bunları yaxşıca qarışdırırıq.
Alınan kütləni yumrulayırıq ( təxminən naringi boyda). Falqanı yağlayıb küftələrimizi falqaya qoyuruq.
Küftələri əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya qoyuruq. Təxminən 35-40 dəqiqə hazır olana kimi bişiririk.
Bu arada sousumuzu hazırlayırıq.
Soğanı xırda-xırda doğrayırıq, tavanı qızdırıb yağ əlavə edirik və soğanı töküb yumşaq olana kimi qızardırıq.
Bibər və pomidoru təmizləyib (şirəsi ilə bir yerdə ) blenderdə xırdalayırıq (çox xırda olmasın).
Alınan kütləni soğana əlavə edirik, duz-istiot vurub qaynar vəziyyətə gətiririk və qapağını qoyuruq. Orta odda 10-15 dəqiqə bibəri yumşaq olana kimi qaynadırıq. Sousu hazır küftələrin üstünə töküb kartof püresi ilə süfrəyə vermək olar.
Nuş olsun!
(tərcümə edilib)