Qadin.NET / Toyuqlu pomidor dolması (foto-resept)

Toyuqlu pomidor dolması (foto-resept)

Tərkibi:
11 ədəd pomidor(təxmini ailə nəfərinin sayına görə)
 500 qr. toyuğun döş əti
11 ç.q. "Bizim süfrə" mayonezi
Duru yağ
 Pendir 

"Azərduz" yodlu narın xörək duzu, istiot


 Hazırlanması:
Əvvəlcə toyuğun döş əti xırda-xırda doğranır.
Daha sonra tavaya duru yağ əlavə edib toyuq əti, duz, istiot və üzərinə biraz qaynadılmış su əlavə edib bişiririk.Suyu çəkiləndən sonra  ət yağda qızardılır.
Daha sonra pomidorların içini çıxarırıq. 
Pomidorların içinə toyuq ətini qoyub üzərinə mayonez və rəndələnmiş  pendir əlavə edirik.
Tavaya düzüb  240-260 dərəcədə pendirin üzü qızarana kimi sobada bişirilir.Çox bişirməyə ehtiyyac yoxdur çünki pomidorlar əzilə bilər.
İstəsəniz pomidorun içindən çıxan ətli hissəni pomidorun yanına əlavə edə bilərsiniz.Bu da bizim dolmalarımız...
Nuş olsun!
9 fevral 2013
GO BACK