Qadin.NET / "Göbələk aşı" (foto-resept)

"Göbələk aşı" (foto-resept)

Yemək 4 nəfər üçün nəzərdə tutulub. Ailə üzvlərinin sayı çoxdursa, ərzaqları artıra bilərsiniz.

                                                  

Tərkibi:

 300 qr mal və ya qoyunun qara əti

 25 ədəd göbələk (mən şanpinyondan istifadə etdim)

1 orta baş soğan

1 st yumru düyü

2 xörək qaşığı "Bizim süfrə" klassik mayonezi

"Azərduz" yodlu narın xörək duzu, istiot

Zəncəfil (nəzərinizə çatdırım ki, zəncəfil ət üçün ideal ədviyyatdır)

 

Hazırlanması:

Göbələkləri 1-2 saat qabaq ilıq suda saxlayırıq ki,qumu təmiz tökülsün.

 Öncə əti doğrayırıq. Əti maşınla da çəkmək olar,amma hər birinin dadı fərqlidir.

Əti və soğanı xırda-xırda doğrayırıq.
Tavaya 1 xörək qaşığı yağ əlavə edıb (istənilən yağ ola bilər) doğranmış əti, soğanı,duzu,istiotu,zəncəfili əlavə edirik.
Bir azca qovurur, üstünə 1 st su əlavə edib qapağını qoyuruq ki,ət yaxşıca  bişsin.
Düyünü suda bişirib süzürük. 
Süzülmüş düyüyə mayonez və duz vurub qarışdırırıq.
Ət bişdikdən sonra içərisində 1 xörək qaşığı su qaldıqda götürürük.
Təmizlənmiş göbələklərin govdələrini ehtiyatla çıxarırıq.

Bişmiş ətdən 1 çay qaşığı üstünə qoyub barmağımızla sıxırıq ki, dağılmasın.
Sonra mayonezlə düyünün qarışığından 1 çay qaşığı ətin üstünə  qoyuruq.
Hazırladığımız göbələkləri tavaya səliqə ilə yığırıq və 150 qr kərə yağını tavanın ortasına qoyuruq.
Daha sonra göbələklərin doğranmış gövdələrini də yağın üstündən tavaya yığırıq.

100 qr su əlavə edirik.250 dərəcədə qızdırılmış sobaya qoyub 15 dəqiqə bişiririk.

Yeməyimiz hazırdır.



Nuş olsun!
3 fevral 2013
GO BACK