Qadin.NET / Sobada qazan kotleti (foto-resept)

Sobada qazan kotleti (foto-resept)

Tərkibi:

300-400 qr. kotletlik ət

0.5 st. suxarı unu

2 x.q. "Bizim süfrə" klassik mayonezi

4-5 ədəd orta boy kartof

2 ədəd orta boy soğan

4-5 diş sarımsaq

1 x.q. tomat

2 st. su

2 x.q. yağ

Azərduz yodlu narın xörək duzu,istiot


Hazırlanması:

Əvvəlcə soğanla çəkilmiş ətə suxarı unu,mayonez,duz,istiot (qarışıq ədviyyatlar vura bilərsiniz) vurub yaxşı yoğururuq.

 

Sobada qazan kotleti (foto-resept)

 

Daha sonra hazirladığımız ətdən yumru kotletlər hazırlayıb az yağda yüngülvari qızardırıq.

 

Sobada qazan kotleti (foto-resept)


Sobada qazan kotleti (foto-resept)

 

Soğanları və kartofu halqa-halqa doğrayırıq.Kartofu biraz qalın doğramaq lazımdı.

 

Sobada qazan kotleti (foto-resept)


Sobada qazan kotleti (foto-resept)

 

Kotletləri,soğanları və kartofları sırayla yan-yana listə düzürük.Mən keks qabında bişirdim.

 

Sobada qazan kotleti (foto-resept)

 

Sarımsağı əzirik,üzərinə tomat,duz,istiot vurub,suyu əlavə edirik.Qarışdırıb yeməyimizin üzərinə gəzdiririk.

 

Sobada qazan kotleti (foto-resept)


Sobada qazan kotleti (foto-resept)


Sobada qazan kotleti (foto-resept)


Sobada qazan kotleti (foto-resept)

 

Yeməyi 200 dərəcə sobada 15 dəqiqə bişirdikdən sonra çıxarıb üzərini aluminium folqayla bağlayırıq və yenidən 40-45 dəqiqə 180 dərəcədə bişiririk.

 

Sobada qazan kotleti (foto-resept)

 

Sobada qazan kotleti (foto-resept)

 

Və yeməyimiz hazırdır.

Nuş olsun!

 

Sobada qazan kotleti (foto-resept)
23 yanvar 2013
GO BACK