Qadin.NET / "Sürpriz" (foto-resept)

"Sürpriz" (foto-resept)

Tərkibi:
Spaqetti tipli qalın makaron – 300 qr 
Çəkilmiş ət – 300 qr 
Soğan – 1 ədəd 
Kök – 1 ədəd 
"Bizim Tarla" yaşıl noxud – 200qr 
Pendir – 200 qr 
Yumurta – 2 ədəd 
"Bizim süfrə" klassik mayonezi 
Formanı yağlamaq üçün kərə yağı
Qızartmaq üçün bitki yağı

"Azərduz" yodlu narın xörək duzu

 

Hazırlanması:
Hər hansı bir seçdiyiniz formanı (burda halda yumuru şüşə qabdan istifadə edilib, lakin siz əgər bu qəlyanaltını sobada bişirəcəksinizsə onda dəmirdən olan formanı seçin) kərə yağı ilə yağlayın və soyuducuda yerləşdirin.Qalın makaronları qaynadıb bişirin sonra onları yumamaq şərti ilə soyudun.Bundan sonra soyuducudan yağlanmış formanı çıxarıb makaronları onun içərisinə mərkəzdən başlayaraq dairəvi şəkildə düzün.

 

"Sürpriz" (foto-resept)


Daha sonra formanı yenidən soyuducuya qoyun. Təxminən yarım saatdan sonra formanı soyuducudan çıxarın və üzərinə 50 qr sürtgəcdən keçirilmiş pendir əlavə edin.Sonra yumurtanı şəkildəki kimi doğrayıb üsündən düzün və yenidən soyuducuya qoyun.

 

"Sürpriz" (foto-resept)


 Bundan sonra içlik hazırlanır. Bunun üçün soğanı, kökü, çəkilmiş əti birlikdə qızardın.Kənara qoyub soyudun.Sonra üzərinə yaşıl noxud, bir qədər xırda doğranmış bişmiş makaron, 100 qr sürtgəcdən keçirilmiş pendir və bir qədər mayonez və ya xama əlavə edin.Üstdən içliyin üstünə makaron və qalan pendiri sürtgəcdən keçirib əlavə edin.

 

"Sürpriz" (foto-resept)

 

Sonra sobada 180 dərəcə istilikdə 15 – 20 dəqiqə müddətində bişirin.Soyuduqdan sonra boşqabın içərisinə çevirin üstünü şəkildəki kimi ( və ya zövqə görə) bəzəyin və süfrəyə verin.Bu təamı soyuq və isti halda süfrəyə vermək olar.
Nuş olsun!

"Sürpriz" (foto-resept)

 

"Sürpriz" (foto-resept)
28 yanvar 2013
GO BACK