Qadin.NET / İçi doldurulmuş kartof (foto resept)

İçi doldurulmuş kartof (foto resept)

 
Tərkibi:

Kartof - 6 ədəd

Cəfəri - zövqə görə

Ət-toyuq əti, ya da mal əti - zövqə görə

Kərə yağı - 1 xörək qaşığı

Azərduz yodlu narın xörək duzu

İstiot-zövqə görə

Pendir 50 qram

Un - 1 xörək qaşığı

Yumurta - 1 ədəd

Göy soğan - zövqə görə

Duru yağ



Hazırlanması:
Kartof soyutma bişirilir.


Kartofun qabığı soyulur,ikiyə bölünür və içərisi oyulub deşik açılır.


Mal əti xırda doğranılır və yağda qızardılır.


Pendir rəndədən keçirilir.


Göyərti xırda doğranılır.


Ət,pendir,göyərti,duz,istiot və yağ birlikdə qarışdırılır.


Kartofun içərisi doldurulur.


Hər iki tərəfi bir-birinə birləşdirilir yumurtaya batırılır.


Sonra una batırılır.


Təzədən yumurtaya batırılır və qızardırılır.Mən burda qrildə qızartmışam.


İçi doldurulmuş kartofumuz hazırdır.


Nuş olsun!

2 oktyabr 2010
GO BACK