Qadin.NET / Narnumri (foto-resept)

Narnumri (foto-resept)

Tərkibi:

  3 ədəd böyük baş soğan

 3 ədəd nar

  5 ədəd yumurta

  Yağ

2 x.q şəkər tozu

   "Azərduz" yodlu narın xörək duzu, istiot

 Darçın


Hazırlanması:

Soğan soyulur və iki yerə bölünərək nazik doğranılır.Yağ əlavə edilərək normal odda qızardılmağa qoyulur.

Narnumri (foto-resept)

 Soğan qovrulana yaxın narı əlavə edirik.

Narnumri (foto-resept)

   Və zövqə görə duz tökürük.

Narnumri (foto-resept)

  Nar ilə soğan bir yerdə qovrulduqdan sonra şəkər tozunu əlavə edirik.

Narnumri (foto-resept)

Sonra adam sayına görə yumurtalar bu şəkildə vurulur.

Narnumri (foto-resept)

Və üzərinə istiot,darçın və bir az duz əlavə edilir.

Narnumri (foto-resept)

 Qapağını örtərək yumurtanın bişməyini gözləyirik.

   Artıq hazırdır.

Narnumri (foto-resept)

  Nuş olsun!

Bu yemək əsasən dəmlənmiş düyü ilə yeyilir.

22 fevral 2013
GO BACK