Lazım olanlar:
Toyuq filesi - 5 ədəd
Xardal bal ilə - 1.5 yemək qaşığı
Toyuq əti üçün hazır ədviyyat - 1/2 çay qaşığı
3-4 ədəd yumurta
Hazır çörək suxarisi
"Azərduz" yodlu narın xörək duzu
Hazırlamaq üçün yağ
Hazırlanması:
Toyuq filesi təxminən 1 barmaq enidə kiçik parçalar şəklində doğranılır.
Sonra duz, xardal ilə bal, ədviyyat, toyuqa əlavə edilib, yaxşıca qarışdırılır və bir saat gözlənilir.
Yumurtalara bir az duz əlavə edərək yaxşıca çalırıq və suxarimizi bir qaba tökürük.
Tavaya 1 stəkan yağ əlavə edərək yaxşıca qızdırırıq.
Toyuqları birinci yumurtaya, sonra suxariyə batıraraq bunu 2 dəfə təkrar edirik.
Çox yaxşı qızmış yağda hazırlayırıq.
Yağdan çıxarılan toyuqlar, yağı çəkilməsi üçün süzgəc içinə qoyulur.
Toyuq langeti artıq hazırdır. Nuş olsun!
Suxari çox tez qızarır, onu qarğıdalı unu ilə də əvəz etmək olar.