Qadin.NET / Qara plov və ləvəngi küküsü (foto-resept)

Qara plov və ləvəngi küküsü (foto-resept)

Tərkibi:

Plov üçün:

1 kq düyü

Qaz əti (zövqə görə toyuq və ya ördək əti ilə də əvəz etmək olar)

200-300 q ləvəngi

Azərduz yodlu narın xörək duzu

 

Qara plov və ləvəngi küküsü (foto-resept)


Kükü üçün:

3-4 xörək qaşığı ləvəngi

1 dəstə keşniş və ya şüyüd

bir az yaşıl soğan

4-5 diş sarımsaq

1 balaca çiy kartof

5-6 ədəd yumurta

Azərduz yodlu narın xörək duzu, istiot

 

Qara plov və ləvəngi küküsü (foto-resept) 

 

Hazırlanması:

Qazı doğrayıb qaynamağa qoyuruq. Üstünün kəfini yığırıq, azca yumşalandan sonra üstünə ləvəngini əlavə edib, aşağı istilikdə bişməyə qoyuruq.

 

Qara plov və ləvəngi küküsü (foto-resept)


 Bişən ətləri sudan çıxarırıq.

 

Qara plov və ləvəngi küküsü (foto-resept)
 

Elə həmin suya öncədən islatdığımız düyünü əlavə edirik(əgər suyu, duzu azdırsa, bir az əlavə edə bilərik)


Qara plov və ləvəngi küküsü (foto-resept)

 

Suyu daşma plovda olduğu kimi olmalıdı. 

 

Qara plov və ləvəngi küküsü (foto-resept)


 Qabın ağzını kip örtüb bişməyə qoyuruq. Bu vaxt ərzində kükünü hazırlayırıq.

Göyərtini xırda doğrayırıq,kartofu sütgəcin ən xırda gözündən keçiririk, sarımsağı əzirik, duz, əlavə edib üzərinə ləvəngi və yumurtanı tökürük. 

 

Qara plov və ləvəngi küküsü (foto-resept) 

 Yaxşıca qarışdırırıq. 

 

Qara plov və ləvəngi küküsü (foto-resept) 

 Sobanı 200 dərəcədə isidirik. Tavanı da isidib, yağlayıb kükünü tavaya töküb sobaya qoyuruq (qazın üstündə də bişirmək olar, amma bu zaman altı qızarandan sonra çevirib, o biri üzünü də qızartmaq lazımdır.)

 

Qara plov və ləvəngi küküsü (foto-resept)
 

 Kükümüz hazırdır.

 

Qara plov və ləvəngi küküsü (foto-resept) 

 

Plov və kükünü süfrəyə təqdim edirik. 

 

Qara plov və ləvəngi küküsü (foto-resept)

 

Qara plov və ləvəngi küküsü (foto-resept)

 

 Bu xörəyin hazırlanma qaydasını qaynanamdan öyrənmişəm. Bunun üçün ona minnətdaram.

 

Qara plov və ləvəngi küküsü (foto-resept)

 

 Nuş olsun!

10 yanvar 2013
GO BACK