Tərkibi:
Hinduşka filesi - 150-200 q.
Tomat pastası - 2 x. q
Soğan - 2 ədəd
Kartof - 4 ədəd
Pomidor - 2 ədəd
Bibər - 1 ədəd
Göyərti
Azərduz yodlu narın xörək duzu,istiot
Üzəri üçün:
4 ədəd hazır yuxa
2 ədəd yumurta
Əridilmiş yağ
Xama
Hazırlanması:
Kartofları doğrayıb,yumşalana kimi bişiririk. Suyuna azca duz atırıq.
Fileni də kartof kimi doğrayırıq, üstünə soğan və bibəri xırda-xırda doğrayıb əlavə edirik. Duzlayıb, istiotlayıb yağda yumşalana kimi qızardırıq.
Xamayla yumurtanı qarışdırırıq. Lavaşların hər iki üzünə bu qarışımdan çəkirik.
Qazanı isidib, dibini yağlayırıq.
Lavaşları səliqə ilə qazana düzürük.
Bişmiş kartofla fileni qarışdırıb üstünə göyərti və pomidoru əlavə edirik.
Qazana sərdiyimiz lavaşın üzərinə bu qarışıqdan töküb lavaşın yarısını örtürük. Daha sonra qarışığın ikinci hisəsini də töküb lavaşla üzərini örtürük.
Qazanı ağzı açıq halda qoymaq şərtilə öncədən 200 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq bişiririk.
Budur, gözəl və şahlara layiq yeməyimiz hazırdır.
.
Qeyd edim ki, bu yemək özümün fantaziyasıdır.
Nuş olsun!