Qadin.NET / Badımcanlı "Adıyaman köftəsi" (foto resept)

Badımcanlı "Adıyaman köftəsi" (foto resept)

Tərkibi:

6 ədəd badımcan

250 q qiymə

1 ədəd soğan

1 dəstə cəfəri

1 ədəd yumurta

Duz

Istiot

Üzərinə:

Holland pendiri

Hazırlanması:

Badımcanları sobada közləyirik (yumşaq olsun), sonra qabıqlarını soyub, yaxşıca duz və istiot vururuq.

Qiymənin üzərinə yumurta, sürtkəcdən keçirilmiş  soğan, doğranmış cəfəri, duz və istiot vurub qarışdırırıq.


Qiyməni badımcanın üzərinə qoyub 200 dərəcədə bişiririk.

 

Tam bişdikdən sonra üzərinə sürtkəcdən keçirilmiş holland pendiri tökürük və yenidən sobaya qoyuruq. Pendir əridikdən sonra sobadan götürürük.

Badımcanlı "Adıyaman köftəsi" hazırdır.

Nuş olsun!

10 iyul 2013
GO BACK