Tərkibi:
2st. su
700qr. un
3 xörək qaşığı duru yağ
1 çay qaşığı quru droj
2 çay qaşığı Azərduz yodlu narın xörək duzu
İçlik üçün:
1 dəstə ispanaq
1 baş soğan
duru yağ.
Əvvəlcə xəmirə lazım olan ərzaqları götürüb xəmir yoğururuq, acımağa qoyuruq.
Xəmir acıyana qədər soğanı təmizləyib, uzun-uzun doğrayıb, yağda bir az qızardırıq.
İspanaqı doğrayıb soğana əlavə edirik, bir az ispanaq öldükdən sonra duzunu vurub odun üzərindən götürürük.
Xəmir gəldikdən sonra iki hissəyə ayırıb sobanın qabı formasında yayiriq. Hazır içliyi yayılmış xəmirin üzərinə yayiriq.
Və ikinci xəmiri də yayib ispanaqın üstünə səririk. Hazırlanmış piroqu bişməyə qoyuruq. Siz bu piroqu sobada da bişirə bilərsiniz və ya əlavə bir listi piroqun ustünə qoyub vam xodda odun üstündə də 30-40 dəqiqəyə bişirmək olar, əvvəlcə bir üzü qızarır sonra çevirərək o biri üzünü də qızardırıq.
Artıq iroqumuz hazırdır.
Nuş olsun!