Qadin.NET / Şam ağacı börəyi (foto resept)

Şam ağacı börəyi (foto resept)

İç üçün:
Kiçik çiçəklərə ayrılmış, 1 yemək qabı dolusu gül kələm (300 qr)
İncə doğranmış 1 yaşıl bibər
İncə doğranmış 1 baş soğan
1  stəkan qaynadılmış noxud
2 diş sarımsaq
Yarım çay qaşığı kəklikotu
İncə  doğranmış 2 pomidor (Pure istifadə edə bilərsiniz.)
1 yemək qaşığı zeytun yağı
Azərduz yodlu narın xörək duzu, istəyə
görə bir az sarıkök.

Bir tavaya zeytun yağı, soğan incə incə doğradığınız sarımsağı əlavə edin. Bir neçə dəqiqə qızardın. Gül kələmlə əlavə edin. Gül kələm  qəhvə rəngi olmağa başlayana qədər, qarışdıraraq qızardın. Diqqət edin, çox bişməsin.Ardından pomidorları qaynadılmış noxutları əlavə edin.Qarışdırmağa davam edin.Eğər lazım olsa bir az su əlavə edə bilərsiniz.Gül kələm  yumşaq oluncaya qədər (amma xəmir kimi olmasın), ağızı açıq şəkildə bişirin. İçinə duzunu ədviyyatlarını da səpin, bibəri əlavə edin oddan götürün. Bibər tərəvəzlərin istiliyi ilə bişsin. Xəmirin içinə qoymadan əvvəl yaxşıca soyumalidi.


Şam ağacı börəyi (foto resept)


Xəmir üçün:
2.5 stəkan un
6 yemək qaşığı duru yağ
10-11 yemək qaşığı su
  Yağı un ilə qarışdırın. Çörək qırıntısı şəklini alana qədər, əllərinizlə qarışdırın. Suyu əlavə edin yoğurmağa başlayın. Əlinizə yapışmayacaq bir xəmir əldə edənə qədər yoğurun. Lazım olsa bir az daha su əlavə edə bilərsiniz. Xəmirin içinə, sevdiyiniz bir növ ədviyyatı (kəklikotu kimi) da əlavə edə bilərsiniz. Əldə etdiyiniz xəmiri 5 hissəyə bölün.


Şam ağacı börəyi (foto resept)


Xəmirləri şəkildəki kimi təxminən 15x15cm-lik kvadrat halında açın. İstəsəniz üzərinə bir az daha zeytun yağı vura bilərsiniz. İki qarşı ucu, ortada birləşəcək kimi üst-üstə gətirin.

Şam ağacı börəyi (foto resept)


Qatladığınız yerləri təkrar açın təxminən 1cm-lik kəsiklər edin. Xəmirin alt qismini isə, şəkildəki kimi kəsin. Bura şam ağacımızı gövdəsini meydana gətirəcək.

Şam ağacı börəyi (foto resept)


Orta hissəsini hazırladığınız ilə doldurun. Çox doldurmayin ki, börəyinizin şəklini pozmasın.



Üstdən başlayaraq, kəsdiyiniz parçaları üst-üstə bağlamağa başlayın. (Bir az saç hörməyə bənzəyir.)

 

Şam ağacı börəyi (foto resept)

 

Şam ağacı börəyi (foto resept)


Hazırladığınız  börəyi yağlanmış soba qabınıza yığaraq...


Əvvəldən isidilmiş 180 dərəcə sobada 30-40 dəqiqə, üzəri qızarana qədər bişirin.

 

Şam ağacı börəyi (foto resept)


Nuş olsun!      

(tərcümə edilib)

31 oktyabr 2012
GO BACK