Qadin.NET / Kəvərli kolbasalı piroq(foto-resept)

Kəvərli kolbasalı piroq(foto-resept)

Tərkibi:
1 kq kəvər

2-3 ədəd soğan

250-300 qr kolbasa

400-500 qr qat-qat xəmir

200 qr yağlı pendir dilimi

250 qr xama

150 qr holland pendiri

4 ədəd yumurta

3-4 x/q suxari

2 x/q un

 2-3 x/yağ

 Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:

Soğan,kəvər xırda doğrayıb duz,istiot vurub yağda azca qovrulur.

Forma yağlanıb suxari hərtərəfli səpilir.Qat-qat xəmir şəkildə gördüyünüz kimi formaya sərilir. 

Pendir dilimləri düzülüb üzərinə kolbasa,içlik qarışığı səpilir.

 

Təkrar pendir dilimi düzülür və içlik səpilir.

  

 Yumurta,un,xama,duz,istiot çalınıb sürtgəcdən keçirilmiş pendir əlavə edilib qarışdırılır

   və içliyin üzərindən hərtərəfli yayılır 170-180 dərəcədə 50-60 dəqiqə bişirilir.

   Kəvərli kolbasalı piroqumuz hazırdır.

 

 

Nuş olsun!

                                                                             (tərcümə edilib)

5 noyabr 2012
GO BACK