
Tərkibi:
4-5 ədəd "Bizim Tarla" soyulmuş pomidoru
3 ədəd bibər
2 baş soğan
3 ədəd kartof
250qr. çəkilmiş ət
Azərduz yodlu narın duz
1 çay qaşığı sarıkök
1 dəstə keşniş
Reyhan ( zövqə görə)
Hazırlanması:
Ərzaqların qabığı təmizlənir,yuyulur və uzun-uzun doğranılır, ayrı ayrılıqda iki hissəyə bölünür.

Ayırdığımız birinci hissəni götürüb,
əvvəl soğan, kartof və bibər üst-üstə yığılır. Sonra çəkilmiş əti kiçik kotlet düzəldib bibərin üstünə düzürük.

Kotletlərin üzərinə halqa-halqa doğranmış pomidor düzülür, doğranmış göyərti səpilir. Və ikincı ayırdığımız ərzaqları üst-üstə yığıb, çəkilmiş ətin qalan hissəsini də kotlet düzəldib üzərinə pomidor və göyərti səpirik. Sonra yağı hissələrə ayırıb tavaya düzürük. Sarıkökü 1 stəkan suda qarışdırıb ərzaqların üzərinə gəzdirərək tökürük.

Sonda duzunuda əlavə edib vam xodda odun üstündə bişiririk.

Xörək yağa düşür.

Yeməyimiz hazırdır.

Nuş olsun!