Qadin.NET / Doldurulma toyuq budları (foto-resept)

Doldurulma toyuq budları (foto-resept)

Tərkibi:
10 ədəd toyuq budu

200 qr holland pendiri

1 ədəd yumurta

100 qr "Bizim Tarla" yaşıl noxud

1 dəstə şüyüd

2 ədəd soğan

1 ədəd kök

Bitki yağı 

"Azərduz" yodlu narın xörək duzu, istiot.


Hazırlanması:

Toyuq budları yuyulur dərisi aşağıya doğru zədələnmədən çəkilir.

 

 

Sümüyü şəkildə gördüyünüz kimi kəsilir.

 

Ətləri sümükdən ayırırıq.

Əti maşından, pendiri sürtkgəcdən keçiririk.  Zövqə görə yaşıl noxud vurmaq da olar, vurmamaq da.

Şüyüd doğranır,yumurta,duz,istiot vurub yaxşı qarışdırılır.

 

 Hazır qarışıq dərinin içərisinə doldurulur.


     Hər iki üzü yağda qızardılır.


  Soğan nazik doğranılır,kök sücgəcdən keçirib yağda qovrulur.


   Qazana qızardılmış budlar düzülür üzərinə soğanla kök və

 azca su əlavə edib qapağı bağlı şəkildə bişirilir.



   Doldurulma budlar hazırdır.

 

Nuş olsun!

 (tərcümə edilib)

 

16 yanvar 2013
GO BACK