Tərkibi:
700 toyuq döş əti
300 qr göbələk
150-200 qr holland pendiri
1 ədəd soğan
2-3 ədəd pomidor
Bitki yağı
"Bizim süfrə" mayonezi
"Azərduz" yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Toyuğun döş əti iki hissəyə bölünür. Hər hissədən nazik dilimlər kəsilir azca döyülüb duz-istiot vurulur.
Listə kağız və ya folqa sərilib üzərinə ətlər düzülür.

Göbələk, soğan xırda doğranılıb yağda qızardılır.
Ətin üzərinə göbələk qoyulur.

Pomidor halqa-halqa doğranılır.

Göbələyin üzərindən pomidor düzülür, duz,istiot səpilir.

Daha sonra üzərinə mayonez çəkilir.

Ən sonda pendir sürtgəcdən keçirilib səpilir.
180-200 dərəcədə 20-30 dəqiqə bişirilir.

Kotletlərimiz hazırdır.

Nuş olsun!
(tərcümə edilib)